Azərbaycan xizəkçisi ikinci çıxışını başa vurdu

Azərbaycan xizəkçisi ikinci çıxışını başa vurdu


Soçi-2014 XXII Qış Olimpiya Oyunları davam edir.
Kişilər arasında dağ xizək yürüşünün böyük slalom növü üzrə yarışın ikinci mərhələsində Azərbaycan idmançısı Patrik Braxner 60-cı nömrədə mübarizə aparıb. İlk mərhələdə olduğu kimi idmançımız bu dəfə də məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edib və yarışda iştirak edən 79 idmançı arasında 53-cü pillədə qərarlaşıb.
Kişilər arasında dağ xizək yürüşünün böyük slalom növü üzrə yarışın ikinci mərhələsindən sonra liderlik yenə də ABŞ idmançısı Ted Liqetidədir. 2-ci və 3-cü yerləri Fransa təmsilçiləri C.Missillye, A.Pentyuro tuturlar.