Soçidə daha bir Olimpiya rekordu qeydə alındı

Soçidə daha bir Olimpiya rekordu qeydə alındı

Soçi-2014 Oyunlarında 5-ci Olimpiya rekordu qeydə alınıb.
Olimpiadanın beşinci rekordu "Adler-Arena” buz meydanında müəyyənləşlib. Hollandiyalı konkisürən Yorrit Berqoma on min metr məsafəyə yarışda 12 dəqiqə 44,45 saniyə nəticə ilə finişə birinci çatıb. O, əvvəlki rekordçu, koreyalı Sun Hun Linin göstəricisini tam 14 san fərqi ilə təzələyib. Koreyalı idmançı Vankuver-2010 Qış Olimpiya Oyunlarında 12 dəqiqə 58,55 san nəticə göstərib. 

Maraqlıdır ki,rekordlardan 3-ü konki idman növündə əldə edilib. Beləliklə,
Yorrit Berqoma Hollandiyanın Soçi Qış Olimpiya Oyunlarında rekord qazanan üçüncü konkisürən idmançıdır. Bundan əvvəl kişilər arasında beş min metr məsafəyə qaçışda Sven Kramer (6 dəq, 10,76 san), qadınlar arasında min beş yüz metr məsafəyə qaçışda Yorin Ter Mors rekord nəticə göstəriblər. Həm də Sven Kramer Soçi Qış Olimpiya Oyunlarında ilk rekord qazanan idmançıdır. 
Daha bir konkisürən Cənubi Koreyadan idmançısı San-Hva Li beş yüz metr məsafəyə qaçışda 37,28 saniyə nəticə göstərərək rekord qazanmışdı. Qeyd edək ki, 2002-ci ildən qorunub saxlanan və kanadalı Katriona Lemey-Doana məxsus əvvəlki nəticə 37,30 saniyə idi. Niderlandın qadın təmsilçisi Yorin Ter Morsun müəyyənləşdirdiyi rekord (1 dəqiqə 53,51 saniyə) isə 1500 metr məsafəyə konki növündə əldə edilib.
 Soçidə şort-trekdə müəyyənləşdirilmiş yeganə rekord kanadalı Valeri Malteyə aiddir. İdmançı qadın 1000 metr məsafəni bir dəqiqə 28,771 saniyəyə qət edib.