XXII Soçi Qış Olimpiadasında yarışlar davam edir

XXII Soçi Qış Olimpiadasında yarışlar davam edir


XXII Soçi Qış Olimpiya Oyunlarında kişilər və qadınlar arasında snoubord yarışlarının böyük slalom və xizək yürüşü üzrə komanda yarışları növündə qaliblər müəyyənləşib.
"Roza Xutor” Ekstrim Parkında keçirilmiş yarışda qadınların mübarizəsində isveçrəli Patrisiya Kummer qızıl medala sahib olub. Yaponiyalı Tomoka Takeuti ikinci, Rusiya idmançısı Alyona Zavarazina isə üçüncü nəticə göstəriblər.
Kişilərin yarışında Rusiya təmsilçisi Vik Uayld fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala İsveçrə xizəkçisi Nevin Qalmarini, bürünc mükafata isə sloveniyalı Jan Koşir sahib olublar.
Kişilər və qadınlar arasında xizək yürüşü üzrə komanda yarışları yekunlaşıb. Kişilər arasında Finlandiya millisi qızıl, Rusiya gümüş, İsveç bürünc mükafata layiq görülüb. Qadınların mübarizəsində isə Norveç millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finlandiya ikinci, İsveç komandası isə üçüncü pillədə qərarlaşıb.