Xizək yürüşü üzrə komanda yarışları başa çatıb

Xizək yürüşü üzrə komanda yarışları başa çatıb



Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər və qadınlar arasında xizək yürüşü üzrə komanda yarışları yekunlaşıb.
Kişilərin arasında Finlandiya yığması qızıl medal qazanıb. Gümüş medala Rusiya, bürünc mtdala isə İsveç komandaları sahib olublar.
Qadınların mübarizəsində Norveç Olimpiya millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finlandiya ikinci, İsveç komandası isə üçüncü pillədə qərarlaşıb.