Ski-krossda hər 3 medalı Fransa idmançıları qazanıblar

Ski-krossda hər 3 medalı Fransa idmançıları qazanıblar



Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər arasında fristayl yarışlarının ski-kross növündə mükafatçılar müəyyənləşib.
Ski-kross yarışlarinda hər üç medalı Fransa millisinin idmançıları qazanıblar. Beləliklə, Jan Frederik Şapyi qızıl, Arno Bovoloneta gümüş, Conatan Midol isə bürünc medala sahib olublar.