London-2012 Olimpiadasının çempionu Soçidə

London-2012 Olimpiadasının çempionu Soçidə


Lorin Uilyams yay Olimpiya oyunlarında qazandığı medallar kolleksiyasına Soçi Qış Olimpiadasının gümüş medalını da əlavə edib. ABŞ idmançısı müasir Olimpiya hərəkatı tarixində ilk qadındır ki, həm qış, həm də yay Olimpiya oyunlarında medal qazanıb. O, qaçış üzrə 2012-ci ildə Londonda keçirilən yay Olimpiya oyunlarında qızıl, Afina-2004 Olimpiadasında isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, L.Uilyams Soçi-2014 Olimpiadasında bobsley üzrə qadın cütlüklərin yarışlarında Elana Mayerlə birlikdə yarışıb.