Türkiyə millisi 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I turu çərçivəsində Gürcüstan millisinə qalib gəlib. Olimpnews.az xəbər verir ki, E qrupunda yer alan "ay-ulduzlular" Tbilisidə keçirilən oyunda minimal hesablı qələbəyə seviniblər -2:3.
Türkiyə millisinin heyətində Mert Müldür (3) və Kerem Aktürkoğlu (41, 52) fərqlənib.
Gürcüstan komandasının qollarını isə 63-cü dəqiqədə Zuriko Davitaşvili və 90+8-ci dəqiqədə Xviça Kvaratsxeliya vurub. Beləliklə, Türkiyə komandası Tbilisi səfərindən üç xalla qayıdır.
Türkiyə millisindən minimal hesablı qələbə
