DÇ-2026: Bu gün Avropa zonası üzrə seçmə mərhələdə daha 10 oyun keçiriləcək

DÇ-2026: Bu gün Avropa zonası üzrə seçmə mərhələdə daha 10 oyun keçiriləcək

BOK

05.09.2025, 11:19

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

Olimpnews.az xəbər verir ki, B, C, D, I, L qruplarında ümumilikdə 10 qarşılaşma təşkil olunacaq.

Oyunlar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. D qrupunda yer alan Azərbaycan millisi Reykyavikdə İslandiyanın qonağı olacaq. Bu qrupun digər oyununda isə Ukrayna millisi Fransa ilə qarşılaşacaq. B qrupunda İsveçrə millisi Kosovonu, Sloveniya yığması isə İsveçi qonaq edəcək. C qrupunun iştirakçılarından olan Yunanıstan doğma meydanda Belarusu sınağa çəkəcək. Qrupun digər oyunu isə Danimarka və Şotlandiya yığmaları arasında olacaq. I qrupunda Moldova İsraillə, İtaliya seçməsi isə Estoniya ilə qarşılaşacaq. Günün digər iki matçı isə L qrupunun komandaları arasında oynanılacaq. Monteneqro Çexiyanı, Farer adaları seçməsi isə Xorvatiyanı qəbul edəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR