İdmançımız bu gün slalom növündə yarışacaq

İdmançımız bu gün slalom növündə yarışacaq



Soçidə XXII Qış Olimpiya Oyunları davam edir.
Olimpiadanın on altıncı günündə 6 idman növündə qaliblər müəyyənləşəcək.
Atletlər biatlon üzrə estafet yarışı (kişilər), dağ xizək yürüşü (slalom, kişilər), 30 kilometr məsafəyə xizək yürüşü (qadınlar), konkidə sürətli yürüşdə komanda yarışı (kişilər və qadınlar) və snoubord (paralel slalom, kişilər və qadınlar) idman növlərində birincilik uğrunda yarışacaqlar.
Bu gün Azərbaycan idmançısı Patrik Braxner dağ xizək yürüşünün slalom növündə mübarizə aparacaq. İdmançımız 65-ci nömrə altında çıxış edəcək.