Soçidə fristaylçıların yarışları təxirə salınıb

Soçidə fristaylçıların yarışları təxirə salınıb



Soçi-2014 Qış Olimpiya Oyunlarında dünən Moskva vaxtı ilə saat 11.45-də başlayan qadınlar arasında ski-kross yarışları əlverişsiz hava şəraitindən təxirə salınıb. Belə ki, trass qatı dumanla örtüldüyündən yarışa ara verilib. Yarış dayandırılana qədər isə 8 fristaylçı artıq start etmişdi. Onlardan ən yüksək göstəricini Fransa idmançısı Ofeliya David göstərib.
Xatırladaq ki, qadınlara arasında ski-kross yarışlarının medalçıları bu gün müəyyən olunacaq.