XXII Qış Olimpiadasında Norveç liderliyi davam etdirir

XXII Qış Olimpiadasında Norveç liderliyi davam etdirir



Norveç millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasındakı birinciliyini davam etdirir. Olimpiya oyunlarında Norveç millisinin hesabında 10 qızıl, 4 gümüş və 8 bürünc medal var.
Beləliklə, Rusiya yığması 26 medalla (9-10-7) ikinci, Kanada millisi isə 24 medalla (9-10-5) üçüncü pillədə qərarlaşıblar.
Soçi-2014 Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.