Azərbaycan xizəkçisi Soçi Qış Olimpiadasında iştirakını yekunlaşdırdı

Azərbaycan xizəkçisi Soçi Qış Olimpiadasında iştirakını yekunlaşdırdı



Azərbaycan xizəkçisi Patrik Braxner Soçi Qış Olimpiya Oyunlarında iştirakını yekunlaşdırıb.
Fevralın 22-də Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər arasında dağ xizək yürüşünün slalom növündə birinci mərhələyə yekun vurulub. 

Qeyd edək ki, yarışda Azərbaycan idmançısı Patrik Braxner yürüşü başa çatdıra bilməmiş və Soçi Qış Olimpiya Oyunlarında iştirakını dayandırmışdır.
Dünən Soçi Qış Olimpiadasında Azərbyacanı təmsil edən dağ-xizəkçisi Qayya Bassani Antivari də qadınlar arasında keçirilən slalom yarışlarda iştirak etməli idi. Lakin Olimpiadanın rəsmi saytının veridiyi məlumata görə Qayya yarışlarda iştirak etməyib.