XXII Qış Olimpiadasının qalibi ev sahibi oldu

XXII Qış Olimpiadasının qalibi ev sahibi oldu



Soçi-2014 XXII Qış Olimpiya Oyunlarının qalibi Rusiya yığması oldu.
Olimpiadanın son günləri ruslar üçün uğurlu alınıb. Belə ki, fevralın 22-də və bu gün keçirilən yarışların nəticələrinə görə ev sahibi Rusiya medal sıralamasında Norveç millisini geridə qoyub.
Beləliklə, Soçi-2014 Qış Olimpiya oyunlarının qalibi Rusiya 12 qızıl, 11 gümüş və 9 bürünc (32) medalla medal sıralamasında birinci yerdədir.
Rusiyadan geridə qalan Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 24 medalla (9-10-5) üçüncü pillədə qərarlaşıblar.
Medal sıralamasını 27 medalla (9-7-11) ABŞ, 24 medalla (8-7-9) Hollandiya, 19 medalla (8-6-5) Almaniya millisi davam etdirir.