Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları vardır. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzuları yaratmaqdır.
Dövlət siyasətinin formalaşmasında beyin mərkəzləri önəmli rol oynayır. Bu təcrübə artıq dünya ölkələrində çox məşhurdur, hətta Qərb dövlətləri öz siyasətlərini əsasən beyin mərkəzlərinin araşdırmaları əsasında qurur.
Azərbaycanda beyin mərkəzləri həm sayca, həm də fəaliyyət istiqamətləri baxımından artıb. Ümumiyyətlə, dünyada 6500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlərin bir çoxu effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyənləşdirmək üçün araşdırmalar aparır. ABŞ-ın Pensilvaniya Universitetinin keçirdiyi “Beyin Mərkəzləri” reytinqinə Azərbaycan da daxil edilib. Belə ki, 16-sı Azərbaycanda qeydə alınan beyin mərəkəzləri həmin siyahıda yer alıb. Bundan əlavə, beyin mərkəzlərinin sayına görə Azərbaycan Asiya regionu üzrə 15-ci pillədə qərarlaşır. Dünya üzrə siyahıya ABŞ başçılıq edir. Birləşmiş Ştatlarda 2 minə yaxın beyin mərkəzi fəaliyyət göstərir. Bu beyin mərkəzləri son 30 il ərzində qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit problemləri, beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğun azaldılması, səhiyyə və qlobal sağlamlıq, informasiya və cəmiyyət kimi mühüm sahələrdə bilik və siyasət arasında körpü yaratmağa kömək edən bir sıra qlobal təşəbbüslər irəli sürüblər.
Azərbaycanda 2022-ci il sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Beyin Mərkəzlərinin I Forumu keçirilib. Belə ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlətimizin başçısı bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra – 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum təşkil olundu. Forumda Prezident İlham Əliyev də iştirak etdi. Forumdan bir gün əvvəl - dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda panel müzakirə keçirilmişdi. Forum iştirakçıları işğaldan azad edilmiş Zəngilan rayonunun ağıllı və ekoloji cəhətdən təmiz Ağalı kəndindəki inkişafın şahidi oldular. Bu Forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqini müzakirə etməyə imkan verdi.
Xatırladaq ki, Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir.
Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.
Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Azərbaycan cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etmiş, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir.
2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” mövzusu üzərində qurulur.
“Bizim ən böyük beyin mərkəzimiz ulu öndər Heydər Əliyevin şəxsiyyəti və siyasi irsi, Zəfərimiz, Prezident İlham Əliyevin qələbə modelidir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Azərbaycanda 16-ya yaxın beyin mərkəzi fəaliyyət göstərir. Azərbaycanda da son illər beyin mərkəzlərinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycandakı beyin mərkəzlərinin inkşafı hələ Qərb ölkələri ilə müqayisə olunacaq səviyyədə deyil. Ölkəmizdə fəaliyyət göstərən beyin mərkəzləri həm keyfiyyətli iş, həm də kəmiyyət baxımından Qərb ölkələrindən xeyli geridə qalır.
Beyin mərkəzləri həmçinin təhsil və elmi sahələrdə də vacib rol oynayır. Onlar ali təhsil müəssisələri ilə tərəfdaşlıq quraraq gənc tədqiqatçıların hazırlanmasına və araşdırma potensialının artırılmasına böyük töhfə verirlər. Bu bağlayıcı əlaqələr intellektual kapitalın formalaşmasını sürətləndirir və elm ilə dövlət siyasəti arasında körpü yaratmaq baxımından həyati əhəmiyyət kəsb edir.
Beyin mərkəzlərinin inkşafı isə ali məktəblərin kitabxana, məlumat-informasiya bazalarını modernləşdirmək, ixtisaslar üzrə açıq elektron platformalara çıxışı təmin etmənin vacibliyidir. Milli məzmun və spesifikaya əsaslanan əqli mülkiyyətin yaradılmasına dəstək, ali təhsil sistemi üçün tədris resurslarının hazırlanmasına büdcə vəsaitinin ayrılması, ali təhsilin bütün səviyyələri üçün tədris standartlarının yenidən nəzərdən keçirilməsi, pedaqoji internaturaların və istehsalat təcrübə bazalarının yaradılması və müvafiq təcrübənin təşkili barədə yeni əsasnamələrin hazırlanıb təsdiq olunmasıdır. Ölkə prezidentinin sərəncamları ilə təsdiq olunmuş belə məzmunlu konseptual xarakterli dövlət proqramları ciddi müzakirə və hesabatlardan keçməlidir. Ali məktəblərin elm və innovasiya mərkəzinə çevrilməsi üçün müəyyən istehsalat sahələri ilə birbaşa əməkdaşlığı təmin olunmalıdır.
Azərbaycan İdman Akademiyası (AİA) da kadr hazırlığı sahəsindəki fəaliyyətini genişləndirib. Öz vəzifələrinin aktuallığını və bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilən akademiyanın rektoru Fuad Hacıyevin rəhbərliyi, buranın pedoqoji kollektivi öz işinə xüsusi məsuliyyət hissi ilə yanaşır. ASA yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri hazırlamaqla yanaşı, respublika gənclərinin ictimai fəallığını gücləndirmək, onların vətənpərvər ruhda tərbiyələndirilməsi sahəsində də müxtəlif tədbirlər həyata keçirib.
Azərbaycan İdman Akademiyası 2024/2025-ci tədris ilində bir sıra tədqiqat layihələri, mühüm səfərlər, dövlət əhəmiyyətli görüşlər və tədbirlər həyata keçirib. İdman Akademiyasında "Beyin mərkəzləri" həm milli səviyyədə, həm akademiya səviyyəsində yaradılmışdir.
ASA-nın beynəlxalq əlaqələri "Beyin mərkəzləri" təhsilə dair elmi araşdırmalar aparır, bu illər ərzində daha da möhkəmlənmişdir. Burada ölkələrinin universitet rəhbərləri ilə bir sıra görüşlər keçirlmişdir. Almaniyanın Köln İdman Universitetinin professoru Manfred Lammer, Amerikanın Kolumbiya Universitetinin professoru Cen Mak Manus, Türkiyənin Qazi Universitetinin prorektoru Emin Kuru və başqa ölkələr akademiyanın qonağı olmuşlar.
Azərbaycan İdman Akademiyası 2024/2025-ci tədris ilində xarici ölkələrin qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirib və bir neçə universitetlərlə əməkdaşlıq müqavilələri imzalanmışdır: Onlardan Koventri Universiteti - Böyük Britaniya, Porto Universiteti – Portuqaliya Respublikası,Lyublyana Universiteti, İdman fakültəsi – Sloveniya Respublikası, Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti – Rusiya Federasiyası, "Vassil Levski" adına Milli İdman Akademiyası – Bolqarıstan Respublikası, Gürcüstan Dövlət Bədən Tərbiyəsi və İdman Pedaqoji Universiteti – Gürcüstan, Karlov Universiteti, Bədən Tərbiyəsi və İdman fakültəsi – Çex Respublikası, Qazi Universiteti – Türkiyə Respublikası, Rafaela Milli Universiteti - Türkiyə Respublikası, Istanbul Universiteti – Cerrahpaşa – Türkiyə Respublikası, Qazaxıstan Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası – Qazaxıstan Respubklikası və b. göstərmək olar.
Azərbaycan İdman Akademiyasının bakalavriat təhsil səviyyəsinin “Məşqçilik” ixtisası üzrə təhsilin keyfiyyətinin artırılması üçün Akdeniz universiteti ilə ikili diplom proqramının hazırlanmasına başlanılmışdır. Elm və Təhsil Nazirliyi tərəfindən ikili diplom proqramı təsdiq olunmuş və Türkiyə Yüksək Öyrətim Kurulu tərəfindən təsdiq aldığı halda ikili diplom proqramı fəaliyyətə başlayaqcaqdır.
Avropa İttifaqının Erasmus proqramı çərçivəsində fəaliyyət daha da intensivləşdirilmişdir və uğurlar əldə olunmuşdur. İlk dəfə Erasmus CBHE (ali təhsildə potensialın gücləndirilməsi) çərçivəsində Azərbaycan İdman Akademiyasının da partnyoru olduğu “Ali təhsilin daxildən beynəlmiləlləşməsi” adlı qrant layihəsi qazanılmışdır. Layihənin icrasına 2025-ci ildən başlanılacaqdır.
Erasmus mobillik çərçivəsində Akademiyadan mübadilə bu il də davam etmişdir. Belə ki, idman menecmenti və kommunikasiya kafedrasının müəllimi 15-19 aprel tarirxlərində Aytac Təhməzova Litva İdman Universitetində mühazirə aparmışdır. Qarşılıqlı olaraq 19-25 may tarixlərində həmin universitetin idman menecmenti kafedrasının müəllimi Vilya Akademiyada mühazirə aparmışdır. Erasmus akademik və inzibati heyətin mübadiləsi çərçivəsində Rumıniya şel Mare və Litva İdman Universitetinə növbəti il üçün elan verilmişdir. 2024-cü il ərzində Erasmus tələbə mobilliyi çərçivəsində Litva İdman Universitetinə iki nəfər, Rumıniyanın Stefan şel Mare Universitetinə bir nəfər tələbə bir semestrlik təhsil qrantı qazanmışdır. Əlavə olaraq İspaniyanın Murcia Universiteti tərəfindən də inzibati və tələbə heyətin mobilliyi üzrə qrant da qazanılmışdır.
Akademiyanın çoxtərəfli beynəlxalq platformalarda iştirakını təmin etmək üçün beynəlxalq təşkilatlara üzvlük istiqaməti üzrə da işlər aparılmışdır. Belə ki, Akademiya Azərbaycandan 12 universitetin təmsil olunduğu Türk Dövlətləri Təşkilatının Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv olmuşdur. Eyni zamanda Akademiyanın İdman Menecmenti üzrə Avropa Assosiasiyasına (EASM) və Bədən Tərbiyəsi, İdman və Sağlamlıq (FIEPS) təşkilatlarına üzvlüyü təmin olunmuşdur.
2024-cü ilin 11-17 fevral tarixlərində Qubada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı və Azərbaycan İdman Akademiyası tərəfindən “İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramı baş tutmuşdur. Bu proqramda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən 60-a yaxın idmana və onun geniş təsirinə həvəsli gənclər və Azərbaycan universitetlərinin tələbələri iştirak etmişlər.
2-14 sentyabr tarixlərində Azərbaycan İdman Akademiyasında DAAD (Alman Akademik Mübadilə Xidməti) Go East proqramı çərçivəsində "Xəzərdə İdman Macəraları" adlı Beynəlxalq Yay Məktəbi həyata keçirilmişdir. Yay məktəbində Alman tələbələrlə yanaşı Akademiya tələbələri də iştirak etmişdir. Beynəlxalq Yay Məktəbinin məqsədi gənclər arasında idman mədəniyyətini artırmaq, iştirakçıların fiziki və sosial qabiliyyətlərini qiymətləndirmək və inkişaf etdirmək, idman yarışlarında həmrəyliyi gücləndirmək və mədəniyyətlərarası ünsiyyəti artırmaq idi.
22-28 İyun tarixlərində Azərbaycan İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə bakalavr təhsil səviyyəsində təhsil alan 13 tələbəsi Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən təcrübə proqramında iştirak etmişdir.
Mayın 19-da Azərbaycan İdman Akademiyasının “Məşqçilik” ixtisası üzrə təhsil alan 12 nəfər IV kurs tələbələri Bolqarıstanın Sofiya şəhərində 2 həftəlik istehsalat təcrübəsi Bolqarıstanda keçiriləcək təcrübə proqramında iştirak etmişdir.
2024/2025-ci tədris ilində bakalavriat təhsil üzrə müxtəlif bölmələr üzrə 11 Əcnəbi tələbələri qəbul olunmuşdur.
Hazırlıq kursu üzrə isə müxtəlif bölmələr üzrə 8 nəfər qəbul olunmuşdur (Azərbaycan, rus, ingilis bölməsi). Əcnəbi tələbə və əməkdaşlar üçün daimi yaşayış və iş icazələrinin alınması üçün dəstək göstərilmişdir. Əcnəbi tələbələrin qəbulu ilə bağlı qəbul prosesinin təşkili üçün işlər görülmüş və qəbul olmuş tələbələr üçün məlumat günü təşkil edilmişdir. Əcnəbi tələbə və əməkdaşlar üçün daimi yaşayış və iş icazələrinin alınması üçün dəstək göstərilmişdir. Qeyd etmək lazımdır ki, sevindirici haldır ki, keçən illə müqayisədə bu il əcnəbi tələbə qəbulu sayında ciddi artım müşahidə olunmuşdur.
2024-cü ildə təhsil sahəsində əməkdaşlığa töhfə kimi Akademiya türkdilli dövlətlərdən olan vətəndaşlar üçün “Mergen” adlı təqaüd proqramının təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Aprelin 5-də “Mergen” təqaüd proqramının təqdimat mərasiminə Macarıstanın Azərbaycandakı səfiri, Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev, Türkiyə, Qazaxıstan səfirliklərinin səlahiyyətli nümayəndələri qatıldılar. 2024-27-ci illəri əhatə edən təqaüd proqramının marketinqi və xüsusi təbliğatı ilə bağlı 15-21 dekabr tarixlərində Akademiyanın Mərkəzi Asiyada səfərdə olan nümayəndə heyəti ordakı universitetlərdə xüsusi təqdimatlar həyata keçirmiş və böyük maraqla qarşılanmışdır. Növbəti ildən təqaüd proqramına çoxsaylı müraciətin olacağı gözlənilir.
31 may 2024-cü ildə Beynəlxalq reytinqlər üzrə İşçi Qrup yaradılmışdır. QS Fənnlər, QS Davamlılıq, THE Impact electron məlumat bazasında Akademiya profile yaradılmış və məlumatlar daxil edilmişdir. İlk dəfə olaraq akademik və inzibati heyəti QS elektron bazasında qeydiyyatdan keçirilmiş və QS Fənlər reytinqində iştirak üçün proses başlamış və davam etməkdədir. THE Impact Reytinqində 2025-ci ildə təmsil olunmaq üçün məlumatlar daxil edilmişdir.
BƏŞ Akademiyanın xarici ölkə uniersitetləri ilə ikitərəfli əlaqələrin qurulması və ya daha da dərinləşdirilməsi üçün 2024-cü il üzrə təşkil olunan səfərlər üçün viza, aviabilet və digər inzibati dəstək göstərmişdir. İdman Akademiyasının şöbə əməkdaşları bir neçə ölkədaxili tədbirlərdə iştirak etmişlər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2024/2025 tədris ili üzrə magistratura təhsili üçün “Mergen” təqaüd proqramını təşkil edib. “Mergen” təqaüd proqramı aşağıdakı ölkələrdən olan tələbələr üçün keyfiyyətli təhsil imkanı təqdim edib: Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası.
Azərbaycan İdman Akademiyasının elmi-tədqiqat prosesi 4 hissədən ibarətdir: Elmi-tədqiqat strategiyası, Elmi-tədqiqat fəaliyyəti, Tədqiqat resursları, Elmi Xəbərlər Jurnalı.
Azərbaycan İdman Akademiyasında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri: Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması (o cümlədən, məktəblilərin və gənclərin fiziki aktivliyi, adaptiv bədən tərbiyəsi, idmanın qeyri-infeksion xəstəliklərin profilaktikasında rolu, sağlam həyat tərzinin təşviqində innovativ yanaşmalar); Peşəkar idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi (o cümlədən, idmançıların fərdi göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş texnologiyalar və anti-dopinq, idman məşqində innovativ yanaşmalar və metodikalar, idmanda tibbi-bioloji təminat və reabilitasiya); Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili (o cümlədən, idman iqtisadiyyatı, idman menecmenti, peşəkar idman tədbirlərinin təşkili məsələləri, kadr hazırlığında innovativ yanaşmalar və metodikalar, tədrisdə yeni texnologiyaların tətbiqi, diplomdansonrakı təhsilin təkmilləşdirilməsi, idmanda kommunikasiyalar).
2024-cü ildə 263 məqalə (xarici nəşrdə 49), 51 konfrans materialı (xarici nəşrdə 15) nəşr olunmuşdur.
Akademiyanın professor-müəllim heyətinin sayı 276 nəfər professor müəllim heyətindən 153 nəfər tədqiqat ilə məşğul olur. Onlardan 16 nəfər professor, 5 nəfər elmlər doktoru, 52 nəfər fəlsəfə doktoru və 49 nəfər dosent aktiv elmi tədqiqatla işləri ilə məşğul olur. Akademiyada 35 yaşa qədər məşğul olan gənc tədqiqatçıların sayı 74 nəfər təşkil edir.
Azərbaycan İdman Akademiyasında 13.12.2024-cü il tarixində “İdman sahəsində innovativ yanaşmalar və elmi-tədqiqatlar” mövzusunda II Respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfrans 3 elmi istiqamətdən “İdman elmləri”, “Sosial elmlər” və “Tibb və biologiya elmlərindən” ibarət olmuşdur.
07.10.2024-cü il tarixindən Akademiyanın doktorantura pilləsində pedaqogika elm sahəsi üzrə 1, biologiya elm sahəsi üzrə 2, iqtisad elm sahəsi üzrə 3 nəfər tədqiqat işinə başlamışdır. Onlardan "Azərbaycan idmançılarının Olimpiya oyunlarına hazırlığının pedaqoji əsasları", “Diz oynaqlarının osteoartrozu olan xəstələrin reabilitasiyasında müalicəvi idman üsüllarının tətbiqi", "Çiyin oynağında artroskopik əməliyyatdan sonra xəstələrin reabilitasiyasında çiyin qurşağı əzələlərinin fiziki yüklənmələr üsulu ilə müalicəsi", "Sosial-iqtisadi inkişafın təmin olunmasında idman-sağlamlıq infrastrukturunun təkmilləşdirilməsi istiqamətləri", "İdman təşkilatlarının iqtisadi inkişafının artım dinamikasının modelləşdirilməsi", "İdman təşkilatlarında müasir idarəetmə modellərinin tədqiqi" mövzularda elmi araşdırmalar aparılır.
Akademiya Böyük Britaniyanın İdman və Fiziki Fəaliyyət Elmləri Assosiasiyasının (BASES) “Sağlamlıq üçün fiziki aktivlik” bölməsinin rəhbəri, Böyük Britaniyanın “Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” Assosiasiyasının (BACPR) prezidenti, Beynəlxalq “Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” Assosiasiyasının (İCCPR) qurucusu və rəhbəri, Ürək-damar xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Beynəlxalq Nizamnamənin həmmüəllifi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Ürəyin işemik xəstəliyinin reabilitasiyası” üzrə məsləhətçi qrupunun üzvü, İngiltərənin Kil (Keele) Universitetinin professoru Jon Pol Bakli ilə birgə tədqiqat işləri həyata keçirilir. 2022-ci ilin noyabr ayının 16-da başlamaqla 5 gün davam edən İngiltərəyə səfər zamanı akademiyanın gənc tədqiqatçıları kardioloji və nevroloji reabilitasiyanın aparılmasının xüsusiyyətləri, reabilitasiyaya göstərişlər və əks-göstərişlər, beynəlxalq praktikada istifadə edilən yeni yanaşmalar və alternativlər barədə geniş müzakirələr aparılıb.
2024-cü il AİA Elmi-tədris Laboratoriyası 9 (doqquz) müxtəlif idman federasiyalarından müraciət etmiş 99 nəfər idmançı üzərində funksional testlər icra etmişdir. Güləş federasiyası, Cüdo federasiyası, Boks federasiyası, Paralimpiyaçılar, Qarabağ FK, Voleybol federasiyası, AFFA, Qış idman növləri federasiyası və.s.
Elmi Xəbərlər Jurnalı. Azərbaycan İdman Akademiyasının Elmi Xəbərlər jurnalı ildə dörd dəfə həm elektron, həm də çap formatında dərc olunur. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə edilən nəşrlər” siyahısına pedaqogika elm sahəsi üzrə daxildir. Jurnalın elektron versiyası üçün e-İSSN-nin alınıb və E-journal üçün münasib domain ünvanı əldə edilib.
Akademiyanın professor-müəllim heyətinin, tələbələrin məqalələri, tədris metodik işləri, dissertasiya işləri www.strikeplagiarism anti-plagiat proqramında (cəmi 276 olmaqla 191 - məqalə (52 - konfrans materialı), 4 - kitab, 72 - magistr dissertasiyası, 3 - fəlsəfə doktoru dissertasiyası, 1 - dərslik, 1 - dərs vəsaiti, 4 - metodiki vəsait) yoxlanılmışdır. Onlardan 13- ündə plagiat aşkarlanmışdır.
Ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar arasında Azərbaycan İdman Akademiyasının (ASA) tələbələri kifayət qədərdir. Akademiyanın tələbələri beynəlxalq yarışlarda mübarizə aparan yığma komandalarımızın tərkibində yer alırlar.
Akademiyada təhsil alan tələbələr 2015-2025-cı illərdə 33 beynəlxalq yarışda iştirak edib. Xarici ölkələrdə keçirilmiş 22 beynəlxalq yarışlarda akademiyanın tələbələri respublikamızın yığma komandaların tərkibində mübarizə aparıblar.
Tələbə idmançılar 2015-2025-cı illərdə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda, dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 800-ə çox medal qazanıblar. Akademiyanın tələbələri 800-ə yaxın idman normativini yerinə yetiriblər Qeyd edilən dövrdə akademiyada 13 əməkdar idman ustası, 32 beynəlxalq dərəcəli idman ustası, 707 idman ustası, 738 idman ustalığına namizəd yetişib.
Bu idman ocağının ayrı-ayrı idman növləri üzrə yığma komandaları, hər biri 12 gündən az olmayaraq, 62 təlim-məşq toplanışında iştirak edib. Təlim-məşq toplanışlarına ümumilikdə 125 nəfərədək tələbə-idmançı cəlb olunub.
Akademiyada kütləvi yarışların keçirilməsi ənənəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş spartakiada, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə təşkil olunan ənənəvi turnirlərdə tələbələrimiz həvəslə mübarizə aparırlar. Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş spartakiada çox maraqla qarşılanmışdır. VI spartakiada yarışları aprel ayının 17-dən başlayaraq mayın 7-nə kimi davam etmişdir. Tələbə idmançlar 16 idman növündə güclərini sınamışlar. Voleybol, basketbol və həndbol kimi idman növlərində kafedralar I-IV kurs tələbələrindən ibarət komandaları ilə təmsil olunmuşlar. Spartakiada yarışlarında ümumilikdə 556 tələbə iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən spartakiadanın qaliblərinə qiymətli hədiyyə və diplomlar verilmişdir.
İdman Akademiyasının güləş zalında Azərbaycan və Tatarıstan komandaları arasında koreş və Azərbaycan milli güləşi üzrə yoldaşlıq görüşü keçirilib.
Məşqçilik fakültəsinin 212A5 qrup tələbəsi Quliyev Amin Asəf oğlu Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Combat Games”də və Portuqaliyanın Albuferia şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə böyüklər arasında baş tutan dünya çempionatında bütün rəqiblərini geridə qoyaraq, hər iki yarışda qızıl, məşqçilik ixtisasının 211A2 qrup tələbəsi Hüseynov Nicat Namiq oğlu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında uğurlu çıxış edərək ardıcıl ikinci dəfə qızıl, Portuqaliyanın Albufeira şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında ölkəmizi layiqincə təmsil edən məşqçilik ixtisasının 213A1 qrup tələbəsi Məmmədov Elvin Elşən oğlu inamlı mübarizə apararaq, qızıl, Hüseyn Məmmədli (110A29), Hüseyn Hüseynzadə (110A29) və İnci Əzizova (119A02) Belarusda keçirilən II MDB oyunlarında karate idman növü üzrə bürünc, V kurs 119A24 qrup tələbəsi Vüqar Talıbov Almaniyanın Berlin şəhərində keçirilən gənclər üzrə Avropa Kubokunun qızıl, Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında 212A11 qrup tələbəsi Elcan Hacıyev cüdo yarışlarında bürünc, Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında IV kurs tələbələri Toğrul Salmanov (110A32) və Kənan İsmayılov (120A4) Ümumdünya Yay Universiadasında (cüdo üzrə) bürünc, Q119R1 qrupunun IV kurs tələbəsi Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında daha bir qızıl, Slovakiyada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 313A8 qrup tələbəsi Nizami İmranov 66 kiloqram çəki dərəcəsi ilə həlledici görüşdə israilli Şalev Kohenə qalib gələrək bürünc, Slovakiyada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 313A8 qrup tələbəsi Nizami İmranov 66 kiloqram çəki dərəcəsi ilə həlledici görüşdə israilli Şalev Kohenə qalib gələrək bürünc, Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən yarışda Azərbaycan təmsilçisi 213A6 qrup tələbəsi Məhəmməd Musayev 66 kiloqram çəki dərəcəsində fransalı Aleksis Renarla qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl, İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə 20 yaşadək gənclər arasında dünya çempionatının iştirakçıları olan tələbələrimiz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli qızıl, Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında ölkəmizi təmsil edən ASAPES-in “Kütləvi sağlamlıq idman növləri” kafedrasının atletika müəllimi sabiq (Allah rəhmət eləsin) Sadıq Sadıqov 65 yaşlı kişilər kateqoriyasında 1500 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda gümüş medallar qazanmışlar.
15 iyul 2025-ci ildə professor Dilqəm Quliyev “Qarabağın idman tarixi” kitabını Xankəndə Qarabağ Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramova təqdim edib.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi minifutbol üzrə yarışın finalında ASA-nın müəllimlərdən ibarət komandası AzTV kollektivini 7-3 hesabı ilə məğlub edərək turnirin qalibi olublar.
Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz, Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alaraq. Ədalət təmsilçimiz Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının final mərhələsində hakimlik etmişdir.
Tələbələr ölkədaxili yarışlarda da fəallıq göstərirlər. Məsələn, ali və orta ixtisas təhsil müəssisələrinin XIV Respublika Üniversiadası və spartakiadasında ASA-nın tələbələri bütün idman növləri üzrə yarışlarda iştirak edib və yarışların qalibi olmuşlar.
Azərbaycan İdman Akademiyasının (ASA) komandası Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən 14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatında uğura imza atıb. Akademiyanın komandası yarışın final mərhələsində İspaniyanın Valensiya Universiteti ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adını qazanıb.
Elm və təhsil naziri Emin Əmrullayev 14-cü Universitetlərarası Avropa Futzal Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının (ASA) komandası ilə görüşüb. Nazir ASA komandasını təbrik edib, bu qələbənin ali təhsilimizin beynəlxalq idman arenalarında tanıdılmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
Elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov bildirib ki, bu nailiyyət ölkəmizin təhsil və idman tarixində mühüm hadisədir.
Görüşdə iştirak edən ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva və komanda üzvləri göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Fikirimizcə, Azərbaycan İdman Akademiyası "Beyin mərkəzləri" təhsilə dair elmi araşdırmalar aparır, analitik hesabatlar hazırlayar, ictimai əhəmiyyətli tövsiyyələr, təhsil siyasətinə dair təkliflər verir.
Təhsildə "beyin mərkəzləri"nin rolu










