Olimpiya mükafatçısı medalını satışa çıxarıb

Olimpiya mükafatçısı medalını satışa çıxarıb

Kanadalı fiqurlu konki idmançısı qazandığı medalı satışa çıxarıb.
Anuk Leblan Bauçer 2006-cı il Turin Qış Olimpiadasında qazandığı gümüş medalı 1 milyon dollar qiymətlə satışa çıxarıb. XX Qış Olimpiadasında Kanadanı təmsil edərək iki medal qazanan Anuk Leblan Bauçer yeni olimpiadalara hazırlaşmaq məqsədilə medalını satmağa qərar verib.
"Kijiji" adlı sayta elan verən idmançı satışdan əldə edəcəyi gəlirlə Cənubi Koreyada təşkil ediləcək 2018-ci il Qış Olimpiadasına hazırlaşacağını açıqlayıb.
2006-cı ildə fiqurlu konki üzrə yarışda 3 min metrdə gümüş və 500 metrdə bürünc medal qazanan Kanadalı idmançı həmin yarışda istifadə etdiyi konkisi üçün 7 min dollar və gümüş medalı üçün isə 1 milyon dollar qiymət qoyub.