Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən boks yarışlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Azərbaycan boksçuları Oyunları 24 medalla başa vurublar. Bu gün keçirilən final döyüşlərindən sonra Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallara layiq görülüb. Bürünc medallara isə Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) sahib çıxıb.
Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan boksçuları III MDB Oyunlarında 24 (6 qızıl, 5 gümüş, 13 bürünc) medal qazanıblar.