Fransalı xizəkçi Qış Olimpiya Oyunlarında iştirak etməyəcək

Fransalı xizəkçi Qış Olimpiya Oyunlarında iştirak etməyəcək

Fransalı xizəkçi Flora Dolsi yamac paraşütündən tullanaraq, ciddi zədə alıb.

Olimpnews.az xəbər verir ki, bu o deməkdir ki, idmançı 2026-cı ildə Milanda və Kortina d Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarını buraxmalı olacaq.

Xatırladaq ki, növbəti qış Olimpiya Oyunları gələn il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək. Xizək yarışları fevralın 7-də başlayacaq və Oyunların bağlanış günündə qaliblər müəyyənləşəcək.