Antalyada 14 yaşa qədər olan idmançılar arasında Avropa Çempionatı keçirilir.
Qızlar arasında qoşa oyunların yarımfinal mərhələsində çıxış edən Vlada Əliyeva - Fidan Xəlilzadə dueti türkiyəli duet oyunçular Azradeniz Komlek - Zeynel Naz Öztürkə qalib gəlib.
Onlar 6:3, 2:6, 11:9 hesabı ilə yarımfinal mərhələsinə çıxıblar və bu mərhələdə Makedoniya təmsilçiləri ilə qarşılaşma olacaq.
Təəssüf ki, Vlada Əliyeva fərdi turnirin dörddəbir finalında latviyalı Daniela Vismana 3:6, 5:7 hesabı ilə məğlub olub.