Qış Olimpiya Oyunlarının müvəqqəti loqotipi hazırlanıb

Qış Olimpiya Oyunlarının müvəqqəti loqotipi hazırlanıb

BOK

26.11.2025, 11:10

Yuta-2034 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarış üçün müvəqqəti loqotipin təqdimat mərasimini keçirib.

Olimpnews.az xəbər verir ki, bu loqotip 2029-cu ilə qədər qüvvədə olacaq. "2034 Olimpiadası dünyanı birləşdirəcək və ştatımız da birləşdirəcək. Diqqət yalnız buraya gələn 100 ölkəyə deyil, həm də ştatın 29 qraflığına yönəlib. Bunlar bizim Olimpiadamızdır", - deyə Yuta qubernatoru Spenser Koks "Oyunların içində" verilişində bildirib. Məlumat üçün bildirək ki, 2034-cü il Qış Olimpiya Oyunları 10-26 fevral tarixlərində Solt Leyk Siti, Park Siti, Veber, Soldier Hollou və Sammitdə keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR