Məşhur cütlük 9 ildən sonra ayrılmaq qərarına gəlib

Məşhur cütlük 9 ildən sonra ayrılmaq qərarına gəlib

Tennis üzrə reytinqin keçmiş serbiyalı lideri Ana İvanoviç Almaniya milli komandası ilə 2014-cü ildə Dünya çempionu olmuş Bastian Şvaynştaygerdən boşanmaq üçün ərizə verib.

Olimpnews.az "Der Spiegel"in məlumatına istinadən xəbər verir ki, cütlüyün ayrılması 2025-ci ilin aprelində elan edilib. 2016-cı ilin iyul ayında evlənən cütlüyün üç oğlu var. Luka, Leo və Teonun valideynləri Münhen Rayon Məhkəməsində boşanmaq üçün ərizə təqdim ediblər. Keçmiş tennisçi həmçinin, aliment tələbi də irəli sürüb.