Soçi-2014 Olimpiadasının medal reytinqi

Soçi-2014 Olimpiadasının medal reytinqi

Rusiyanın məşhur "Sport Ekspress" qəzetinin internet saytında "Soçi-2014 Qış Olimpiya Oyunlarının medal reytinqi" adlı rubrika yaradılıb. 
İlkin proqnozlara görə, reytinq cədvəlində Norveç idmançıları liderlik edirlər. Ümumi rəyə əsasən, Skandinaviya yığmasının Soçi-2014 Olimpiadasında 35 medal qazanacağı gözlənilir. Maraqlıdır ki, bu medallardan 16-nın qızıl olacağı proqnozlaşdırılır. Reytinqdə ikinci yerdə ABŞ (12 qızıl medal), üçüncü yerdə isə Almaniya (9 qızıl medal) qərarlaşıb. XXII Qış Olimpiya Oyunlarının ev sahibi Rusiya isə hələlik 5 qızıl medalla 5-ci pillədə yer alıb.