Bakıda Avropa çempionatı keçiriləcək
İyunun 21-də Bakıda qarışıq döyüş növləri üzrə Avropa çempionatı keçiriləcək. Qarışıq döyüş növləri üzrə Avropa çempionatının Bakıda keçirilməsi barədə qərar Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) növbəti iclasında qəbul edilib.
Mötəbər yarışla yanaşı, həmin günlərdə Bakıda WMMAA hakimlərinin beynəlxalq seminarı, eləcə də Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının konqresi keçiriləcək.