52 yaşlı snoubordçu finala vəsiqə qazanıb

52 yaşlı snoubordçu finala vəsiqə qazanıb

BOK

09.02.2026, 20:20

Avstriya yığmasının heyətində yer alan 52 yaşlı snoubordçu Klaudiya Riqler paralel nəhəng slalom yarışlarında finala vəsiqə qazanıb.

Olimpnews.az xəbər verir ki, o, 1:35.43 nəticə ilə 16-cı yeri tutaraq, Olimpiya yarışlarının 1/8 finalına vəsiqə qazanan sonuncu idmançı olub. Bu məsafədə çexiyalı üçqat Olimpiya çempionu Ester Ledeçka bütün rəqiblərini qabaqlayıb - 1:30.79. Məlumat üçün bildirək ki, Klaudiya Riqler Dünya Kubokunda debütünü 1994-cü ildə edib. O, dünya çempionu tituluna 2015-ci ildə 41 yaşında yiyələnib.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR