Azərbaycanın həndbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın həndbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb


Rusiyanın Maykop şəhərində Sultan Cançatovun xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçirilib.
Yarışda qadınlardan ibarət Azərbaycan yığması da iştirak etmişdir. Millimiz beş qarşılaşmadan dördündə qalib gəlib. Nəticədə 8 xal toplayan Azərbaycan komandası turniri ikinci yerdə tamamlayıb.