Budo döyüş növləri üzrə milli komandamız Avropanın ən güclüsüdür

Budo döyüş növləri üzrə milli komandamız Avropanın ən güclüsüdür


Moldovanın paytaxtı Kişinyovda budo döyüş növləri üzrə Avropa çempionatı keçirilib.
Yarışda ölkəmizi 35 idmançı təmsil edib. Milli komandamız ABDNF-in prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında qitə birinciliyində uğurla çıxış edib. Budonun üç növü – full-konatk, fri-konatkt və semi-kontakt üzrə keçirilən yarışda Azərbaycan idmançıları 13 medal qazanıblar.
Fri-kontakt yarışlarında Elçin Hüseynov (54 kq), Emin Süleymanov (66 kq), Mərdan Vəliyev (75 kq), Həsən Əliyev (95 kq), Elman İmanov (95 kq-dan yuxarı) qızıl, Pənah Süleymanov (62 kq), Valeh İsmayılov (66 kq) və Elçin Məmmədov (90 kq) gümüş medala sahib olublar. Full-kontakt üzrə isə Əfsun Arzumanlı (60 kq) və Səxavət Əliyev (95 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Digər idmançımız Elgün Xanoğlanlı (56 kq) gümüş medalla kifayətlənib.
Semi-kontakt yarışlarında Daşqın Əliyev (75 kq) və İlqar Rəfiyev (80 kq) gümüş medala sahib olublar. Ümumi komanda hesabında Azərbaycan millisi Avropa çempionatının qalibi olmuşdur. Moldova yığması ikinci, Rusiya kollektivi ilə üçüncü pillədə qərarlaşıbar.
Çempionatın açılış mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.