ARAF-ın baş katibi İsveçrədə rəsmi səfərdədir

ARAF-ın baş katibi İsveçrədə rəsmi səfərdədir


Aprelin 28-29-da İsveçrənin Lozanna şəhərində Beynəlxalq Atçılıq Federasiyasının növbədənkənar Baş Assambleyası və İdman Forumu keçiriləcək.
Azərbaycan Atçılıq Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, forumda bu idman növünün qaydalarında ediləcək dəyişiliklərə baxılacaq. Eyni zamanda ARAF-in ən vacib layihələrindən olan - Abşeron rayonu ərazisində at xəstəliklərindən azad zonanın yaradılması məsələsi ilə bağlı da muzakirələr aparılacaq.
Məlumat üçün, qeyd edək ki, xəstəliklərdən azad zona yaradılandan sonra Azərbaycan atları birbaşa, heç bir maneəsiz Avropanin istənilən şəhərlərinə göndərilə biləcək. Növbədənkanar baş assambleyada bir sıra məsələlər də müzakirə olunacaq. Əsas məsələ isə Beynəlxalq Atçılıq Federasiyasının prezidentinin seçilməsinin 2 dövrdən, 3 dövrə qaldırılmasıdır. Bundan başqa Azərbaycanla da baglı bir sıra mühüm qərarların veriləcəyi gözlənilir