Rio-de-Janeyro olimpiadaya hazır deyil

Rio-de-Janeyro olimpiadaya hazır deyil


Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlığın böhranlı vəziyyətdə olduğunu bildirib. Lakin BOK rəsmisi bununla belə, qarşıdan gələn olimpiada ilə bağlı heç bir variant planın olmadığını da etiraf edib.
"BOK olimpiadaya hazırlıq prosesini sürətləndirmək üçün xüsusi işçi qrupu yaratsa da, vəziyyət hələ də böhranlı olaraq qalır. BOK məsələnin mümkün olan bütün həll yollarını araşdırıb, həmçinin Təşkilat Komitəsinə öz nümayəndələrini yerləşdirib. Hələlik bir nəticə hasil olmayıb, amma sizə deyim ki, başqa variantımız da yoxdur. Belə ki, biz 2016-cı ildə məhz Rio-de-Janeyroada toplaşacağıq. Paytaxt şəhər bəzi məsələlərdə olimpiadaya hazır deyil. Lakin biz bu vaxta qədər hər şeyi çatdırmalıyıq. Çünki başqa çıxış yolumuz yoxdur”, - deyə Con Kouts bildirib.