BOK müqavilə imzaladı

BOK müqavilə imzaladı


Beynəlxalq Olimpiya Komitəsi (BOK) ABŞ-ın məşhur NBCU televiziya kanalı ilə müqavilə bağlayıb. Müqaviləyə görə, kanal ölkə ərazisində Olimpiya oyunlarının birbaşa yayımını həyata keçirəcək. Bura həm də efir və ödənişli yayım, internet və mobil danışıqlar xidməti də daxildir.
BOK bunun əvəzində 2021-2032-ci illər ərzində NBCU telekanalından 7,65 milyard dollar vəsait alacaq. Üstəlik kanal beynəlxalq idman qurumuna 2015-2020-ci illərdə olimpizm dəyərlərinin təbliğ olunması üçün 100 milyon dollar da ödəməli olacaq.
Qeyd edək ki, NBCU Olimpiya oyunlarının 2020-ci ilədək birbaşa yayımı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi ilə 2011-ci ildə müqavilə bağlamışdı. Telekanal həm də 2032-ci ilə qədər yeniyetmələrin Olimpiya oyunlarının yayım hüququnu da əldə edib.
Xatırladaq ki, NBCU ilk dəfə Tokio-1964 Olimpiya Oyunlarının yayımını həyata keçirib.