Keçmiş futbolçu qış olimpidasına hazırlaşır

Keçmiş futbolçu qış olimpidasına hazırlaşır

Türkiyə yığma komandasının keçmiş futbolçusu İlhan Mansız Soçidə keçiriləcək fiqurlu konkisürmə üzrə Olimpiya turnirində rəqs cütlüklərinin yarışlarında iştirak etməyi planlaşdırır.

Bu cür gözlənilməz qərarın səbəbi 37 yaşlı hücumçunun Türkiyə televiziyasında keçirilən buz şousunda (Rusiyadakı "Buz üzərində rəqslər” layihəsinin oxşarı) qalib gəlməsidir.
Futbol karyerasını 2007-ci ildə başa vuran İlhan bu barədə deyib: "Mən futbol üzrə dünya çempionatında və qış Olimpiya oyunlarında iştirak edən ilk idmançı olacağam. Maraqlıdır ki, 32 yaşımda ilk dəfə buz üstünə çıxana qədər hətta konkidə necə sürüşdüklərini görməmişdim. 2014-cü ildə keçiriləcək oyunlara gəlincə, bizim cütlüyün medallar uğrunda mübarizə aparmaq məqsədi yoxdur. Burada iştirak etməyimiz bizim üçün böyük qələbə olacaq”.
Qeyd edək ki, İlhan Mansız Türkiyə yığma komandasının tərkibində 21 oyun keçirib. Rəqib qapılarına yeddi qol vurub. Futbolçu Seneqal komandasının qapısına vurduğu qolla yadda qalıb. O, 2002-ci ildə həmin qolla Türkiyə komandasını dünya çempionatının yarımfinalına çıxarmışdı.