İşıqlı ömür yolu - 90
Olimpiya dünyası
08.05.2026, 12:08
Qocaman pedaqoq Şüküfə Məmmədova kerçəkliyi tibb aləmində vətəndaşlıq qeyrəti ilə yoğrulmuş elə bir insandır ki, burada tibb elminin humanist xarakteri cəmlənib. Onun yaradıcılıq coğrafiyası çoxcəhətlidir. Bu da onun tibb elminə sədaqətindən və özünəməxsus vətəndaşlıq qeyrətindən irəli gəlir.
Əməkdar müəllim, b.f.d. dosent Şüküfə müəllimə ilə 52 ilə yaxın bir təhsil ocağında çalışmış, bilmədiklərimi ondan öyrənmişəm, öz
qəlbimdə dəyərləndirmişəm.
Şüküfə Ağa-Şıxalı qızı Məmmədova 1936-cı il mayın 26-da Şamaxı şəhərində anadan olub. 1943-1953-cü illərdə Şamaxı şəhəri, V.Bağırov adına 1 saylı orta məktəbdə təhsil alıb. 1958-ci illərdə Azərbaycan Dövlət Universitetini bitirib. 1958-1959-cü illərdə Şamaxının Göylər kəndində müəllim vəzifəsində, 1960-cı ildə isə Bakı şəhəri EA Nəbatət İnstitutunda çalışib. 1970-ci ildən taleyini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyası) bağlayıb. Bu ali məktəbin anatomiya kafedrasında asisstent, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 1985-ci ildə isə kafedraya müdir təyin olunub. Bu vəzifəni 32 il uğurla icra edib. Əsas tədqiqat sahəsi xarici dərman bitkilərinin Azərbaycanın şoran torpaqlarında yetişdirilməsi və kimyəvi tərkibinin öyrənilməsi ilə bağlıdır.
Azərbaycan İdman Akademiyasının Elmi Şurasının, fənn komissiyasının, “Bilik” cəmiyyətinin, Azərbaycan Histalogiya və Embriologiya Cəmiyyətinin və Müdafiə Şurasının üzvü seçilmişdir. O, 200-ə yaxın elmi məqalənin, 3 dərsliyin, 10 metodik vəsaitin və 15 tədris proqramının müəllifidir. Şüküfə müəllimənin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 2001-ci il aprelin 4-də “Əməkdar müəllim”, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub. 1997-ci ildə Əmək veteranı, 1969-cu ildə fəlsəfə üzrə elmlər doktoru, 1981-ci ildə dossent adına layiq görülüb. Şüküfə müəllimənin 90 illik ömrün, 68 illik pedaqoji fəaliyyətində vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən biri peşəkarlığı və səriştəliliyidir. Mən Şüküfə müəllimənin dərslərində tez-tez olurdum. Hər dəfə Şüküfə müəllimənin dərs apardığı auditoriyada olduqda böyük zövq alırdım. O, heç zaman tələbələrdən şikayətlənmir, onları yüksək mədəniyyət və tərbiyə səviyyəsinə qaldırmaq səyləri göstərir. Şüküfə müəllimə xeyirxah insandır və Akademiyanın bir çox əməkdaşlarının bir müəllim kimi püxtələşməsində onun əməyi az deyil. 90 illik dünyanın ən nüfuzlu ali məktəblərinin təcrübəsindən istifadə edən Şüküfə müəllimə hazırda da akademiyada çalışır. Şüküfə müəllimə elə ilk dərsdən tələbələrin diqqətini cəlb edir. Bu cəlbetməni Şüküfə müəllimə özü kəşf edir. Burada vahid bir yanaşma yoxdur. Mühazirə deyənin səsi auditoriya ilə əlaqənin yaradılmasında böyük əhəmiyyət kəsb edir. Nitqin monotonluğu tələbəni çox tez yorur, bəzən tələbələrə yuxu gətirir. Bunun üçün də böyük auditoriyalardakı mühazirələrdə xüsusilə, hər tərəfində oturan tələbələrlə göz ünsiyyətində olmaq çox vacibdir. Hərdən bir mühazirəyə canlılıq vermək üçün Şüküfə xanım bəzən yumordan da istifadə etməyı bacarır. Şüküfə müəllimə mühazirədə tələbəyönümlü metodan da istifadə edir. Yəni, müəllimə mühazirədə iştirak edənlərin hamısının müzakirələrə cəlb olunmasını tələb edir.
Şüküfə müəllimənin mühazirə söylədiyi vaxt effektli metodlardan biri də mühazirə zamanı interaktivlik məqsədilə sual-cavab modellərdən istifadə etməsidir. Peşəkar və səriştəli müəllim adını qazanmaq həm şərəfli, həm də çətin bir işdir. Buna nail olmaq təkcə “bu peşə üçün doğulanlar”, Şüküfə müəllimə kimi müəllimliyə müəyyən mənada fitri qabiliyyəti, istedadı olanlara nəsib olur. Şüküfə müəllimənin ən mühüm cəhət onun sadəliyi, səmimiliyi, qayğıkeşliyi, zəhmətkeşliyi və vətənpərvərliyidir. O, auditoriyalarda vətənpərvərliklə bağlı mühazirələr oxumaqla kifayətlənmir, özü vətənpərvərlik nümunəsi göstərir. Qeyd edək ki, Şüküfə müəllimənin nəvəsi Nicat Tarverdiyev 2020-ci il noyabrın 9-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şüküfə müəllimə! 90 illik ömrünüz, 68 illik pedaqoji fəaliyyətinizlə özünüzə elə bir əzəmətli heykəl ucaltmısınız ki, bu heykəlin ömrü xalqımızın ömrü qədər olacaq. Sizi İdman Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti adından 90 illiyiniz münasibəti ilə ürəkdən təbrik edirik. Sizə dünyanın ən gözəl neməti olan cansağlığı arzulayırıq.
Dilqəm Quliyev,
“İdmançı” qəzetinin baş redaktoru
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri
-
DÇ-2026: 1/4 finalın növbəti iştirakçıları müəyyənləşir
06.07.2026, 16:37 Futbol
-
UEFA bəyanat yaydı
06.07.2026, 16:22 Olimpizm xəbərləri
-
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
06.07.2026, 11:41 Güllə atıcılığı
-
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
06.07.2026, 10:40 Voleybol
-
Dünya çempionatı: İngiltərə millisi 1/4 finalda
06.07.2026, 08:57 Futbol
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol