Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb - FOTO
Olimpiya dünyası
08.05.2026, 17:30
Mayın 8-də Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman veteranları, media və incəsənət nümayəndələri arasında minifutbol turnirinin açılış və final mərhələsi keçirilib.
Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin prezidenti Zemfira Meftaxetdinova, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan silsilə tədbirlər ölkənin idman həyatında xüsusi yer tutur. Nazir veteranlar arasında keçirilən turnirin idman ənənələrinin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan İdman Veteranları İctimai Birliyinin prezidenti Zemfira Meftaxetdinova qonaqları salamlayaraq turnirin yüksək təşkilatçılıq səviyyəsində keçirildiyini qeyd edib. O, turnirin əhəmiyyətindən danışaraq, yarış iştirakçılarına uğurlar arzulayıb.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev isə veteran futbolçuların idmanda fəallığının qorunmasının vacibliyini diqqətə çatdırıb.
Çıxışlardan sonra bir qrup futbol veteranı fəxri fərmanlarla təltif ediliblər.
Bədii hissədən sonra final qarşılaşmasına start verilib. Həlledici oyunda “Qarabağ" və Azərbaycan milli komandasının veteran futbolçuları üz-üzə gəlib. Turnirin qalibi olan "Qarabağ" veteranları qızıl medal və kubokla təltif edilib. Azərbaycan millisi ikinci, "Neftçi" klubu isə üçüncü yerlə kifayətlənib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
Bugün, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları
-
Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
12.11.2026, 12:59 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
12.11.2026, 10:28 Gündəm
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
12.11.2026, 02:30 Gündəm
-
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12.11.2026, 00:10 Olimpiya oyunları
-
Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026, 23:23 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11.11.2026, 23:09 Olimpiya oyunları
-
Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11.11.2026, 21:56 Olimpiya oyunları
-
Taekvondoçumuz Dakar-2026-nın finalında
11.11.2026, 20:24 Olimpiya oyunları
-
Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
11.11.2026, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
11.11.2026, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
11.11.2026, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları
-
Elgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
10.11.2026, 03:57 Olimpiya oyunları
-
Oyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
10.11.2026, 03:52 Olimpiya oyunları
-
Nihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
10.11.2026, 03:17 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
10.11.2026, 03:05 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
10.11.2026, 00:44 Olimpiya oyunları