Məşhur skripkaçı hamını aldatdı

Məşhur skripkaçı hamını aldatdı

Sloveniyanın dörd idman mütəxəssisi diskvalifikasiya edilib. Buna səbəb Soçi-2014 Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında Tailandı təmsil edən məşhur skripkaçı Vanessa Meyin nəticələrinin saxtalaşdırılmasıdır.
Bu məsələnin araşdırılması ilə bağlı aparılan xüsusi komissiya müəyyən edib ki, Sloveniyanın Krvavts şəhərində təşkil edilən və XX Qış Olimpiadasına lisenziya verən seçmə mərhələ yarışlarında məşhur skripkaçının nəticələri saxtalaşdırılıb. Yoxlama nəticəsində Sloveniyanın idman mütəxəssisləri - dağ xizəyi yarışları üzrə yarışın direktoru Minister Xrobat, baş hakim Vladimir Mauts, xronometrçi Matyaj Qoltets və Tuqo Marinçek 4 il müddətinə diskvalifikasiya ediliblər.
Qeyd edək ki, Vanessa Mey Soçi-2014 Qış Olimpiadasında ən aşağı nəticə göstərib. Seçmə turnirlərdə və Olimpiya oyunlarındakı nəticələr üst-üstə düşmədiyi üçün skripkaçının çıxışı mütəxəssislərdə şübhə doğurub və xüsusi komissiya yaradılıb.