Voleybol millimizdən Yunanıstanla hər iki yoxlama oyununda qələbə

Voleybol millimizdən Yunanıstanla hər iki yoxlama oyununda qələbə

Voleybol

Bugün, 13:31

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.

Federasiyadan bildirilib ki, komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Millimiz hər iki oyunda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlığının son mərhələsini Bakıda keçəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR