Tomas Baxa Bakıda fəxri ad verilib

Tomas Baxa Bakıda fəxri ad verilib

Noyabrın 20-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iIə görüş keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BOK-un keçmiş prezidenti Jak Roqq da iştirak ediblər.
Tədbirdə çıxış edən akademiyanın rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev Tomas Baxın idman aləmində tanınmış şəxsiyyət olduğunu, ömrünün böyük bir hissəsini Olimpiya hərəkatının təbliği və inkişafı işinə həsr etdiyini bildirib. Natiq qeyd edib ki, T.Baxın maraqlı idman bioqrafiyası var. Əvvəllər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti və 1976-cı ildə Monrealda qılıncoynatma üzrə Olimpiya çempionu olan almaniyalı Tomas Bax ötən il Buenos-Ayresdə bu qurumun prezidenti seçilib. T.Bax əvvəllər Argentinanın Buenos-Ayres şəhərində dünya çempionu olub. 1991-ci ildə olimpiya komitəsinin üzvü seçilib. Beynəlxalq Olimpiya Komitəsində hüquq komitəsinə rəhbərlik edib. İdmanla bağlı çoxlu maraqlı məqalələr yazıb. Noyabrın 20-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iIə görüş keçirilib.
Tədbirdə çıxış edən akademiyanın rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev Tomas Baxın idman aləmində tanınmış şəxsiyyət olduğunu, ömrünün böyük bir hissəsini Olimpiya hərəkatının təbliği və inkişafı işinə həsr etdiyini bildirib. Qeyd edib ki, T.Baxın maraqlı idman bioqrafiyası var. Əvvəllər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti və 1976-cı ildə Monrealda qılıncoynatma üzrə Olimpiya çempionu olan almaniyalı Tomas Bax ötən il Buenos-Ayresdə bu qurumun prezidenti seçilib. T.Bax əvvəllər Argentinanın Buenos-Ayres şəhərində dünya çempionu olub. 1991-ci ildə Olimpiya komitəsinin üzvü seçilib. Beynəlxalq Olimpiya Komitəsində hüquq komitəsinə rəhbərlik edib. İdmanla bağlı çoxlu maraqlı məqalələr yazıb.
A.Əbiyev deyib ki, Olimpiya hərəkatının inkişafındakı xidmətləri nəzərə alınaraq elmi şuranın qərarına əsasən T.Bax akademiyanın fəxri doktoru adına layiq görülüb. Nüfuzlu bir akademiyada fəxri doktor adına layiq görüldüyünə görə minnətdarlığını bildirən Tomas Bax Olimpiya oyunlarının insanlara və bütövlükdə cəmiyyətə faydalarından danışıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləyib. T.Bax bu titula görə şərəf hissi duyduğunu qeyd edib. Bildirib ki, bu akademiya gənclərin idman və təhsildə vəhdət təşkil etməsinin bariz nümunəsidir. O, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. T.Bax Azərbaycanın bu yarışı yüksək səviyyədə keçirməklə dünya idmanının inkişafına layiqli töhfə verəcəyini bildirib.