Azad Rəhimov BOK-un 127-ci sessiyasında iştirak edəcək

Azad Rəhimov BOK-un 127-ci sessiyasında iştirak edəcək


Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Monakoda keçirilən 127-ci sessiyasında iştirak edəcək.
BOK-un 127-ci sessiyasında davamlılıq, etimad göstərmə və gənclər mövzularını əhatə edən "Olimpiya-2020” proqramının təqdim olunması nəzərdə tutulur. Tədbirdə, eyni zamanda, gələcəkdə Olimpiya oyunlarına ev sahibliyinin seçim prosesində, xüsusilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzunmüddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılacaq. Sessiyada, həmçinin Olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədilə Olimpiya televiziya kanalının yaradılması və s. mövzular da diqqət mərkəzində olacaq.