MOK-un vitse prezidenti Gənclərin Qış Olimpiya Festivalında iştirak edib

MOK-un vitse prezidenti Gənclərin Qış Olimpiya Festivalında iştirak edib



Avstriyanın Vorarlberq şəhərində Gənclərin XII Avropa Qış Olimpiya festivalının rəsmi açılış mərasimi keçirilib.
Lixtenşteyn və Avstriyanın ev sahibliyi etdiyi festivalın açılış mərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə iştirak edib.
Milli Olimpiya Komitələrindən idmanın 8 növü üzrə keçirilən festivalda 45 ölkədən 950 idmançı, eləcə də 30 nəfərlik işçi heyət və 1200 könüllü iştirak edib.
Ç.Hüseynzadə festivalda qalib gələn idmançılara mükafatları təqdim edib. Xatırladaq ki, ilk dəfə olaraq iki ölkə Olimpiya tədbirini birgə keçirib.