ABŞ təhlükəsizliyin təmin olunması üçün birgə əməkdaşlıq təklif edib

ABŞ təhlükəsizliyin təmin olunması üçün birgə əməkdaşlıq təklif edib

Soçi-2014 Qış Olimpiya Oyunlarına bir il vaxt qalır. Bunun üçün XXII Olimpiadaya hərtərəfli hazırlıq işləri görülür.
ABŞ geoloji xidmət idarəsi Rusiya hökumətinə olimpiadada baş verə biləcək təbiətlə bağlı fövqəladə hadisələri aradan qaldırmaq üçün birgə əməkdaşlıq təklif edib. Rusiya mətbuatının yazdığına görə, bu barədə ABŞ və Rusiya alimlərinin bugünlərdə keçirilən telekonrfansında razılığa gəlinib.
Xatırladaq ki, XXII Qış Olimpiya Oyunları 2014-cü ildə fevralın 7-23-də Rusiyanın Soçi şəhərində keçiriləcək.