İdmançılar Tbilisi-2015 Olimpiya Festivalında mübarizəyə başlayıblar

İdmançılar Tbilisi-2015 Olimpiya Festivalında mübarizəyə başlayıblar



Gürcüstanın paytaxtı Tbilisidə Avropa Yeniyetmələrinin XIII Olimpiya Festivalına start verilib. Festivalda 50 ölkədən 3500 idmançı mübarizə aparır.
Azərbaycan bu yarışlarda idman gimnastikası, atletika, velosiped idmanı, cüdo, tennis, üzgüçülük növlərində 36 idmançı ilə təmsil olunur. Tbilisi-2015-in proqramına isə ümumilikdə 9 idman növü salınıb. Festival avqustun 1-dək davam edəcək.
Dünən festivalın açılış mərasimi keçirilib.