İdmançılarımız Tbilisi-2015-də 5 medal qazanıblar

İdmançılarımız Tbilisi-2015-də 5 medal qazanıblar


İyulun 30-da Tbilisi-2015 Avropa Yeniyetmələrinin 13-cü Olimpiya Festivalında yeniyetmə cüdoçumuz Hasil Cəfərov (73 kq) qızıl medal qazanıb. İdmançılarımız indiyədək bu yarışlarda 5 – 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan bu yarışmada 36 idmançı ilə təmsil olunur. Gənclərimiz festivalda idmanın yüngül atletika (10 nəfər), tennis (4), üzgüçülük (6), bədii gimnastika (1), velosiped (3) və cüdo (12) növləri üzrə yarışlarda mübarizə aparırlar