Yozef Blatter yenidən BOK-a üzv seçilməkdən imtina edib

Yozef Blatter yenidən BOK-a üzv seçilməkdən imtina edib



FİFA prezidenti Yozef Blatter Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni üzvlərinin seçkilərində iştirak etmək niyyətində deyil.
"The News Tribune" nəşrinin yazdığına görə, bu barədə BOK-un prezidenti Tomas Bax açıqlama verib. T.Bax bildirib ki, ali futbol qurumunun rəhbəri ona məsələ ilə bağlı məktub göndərərək yenidən üzv seçilmək istəmədiyini deyib: "Yeddi aydan sonra Blatterin fəaliyyət müddəti başa çatır. O, növbəti 8 il müddətinə yenidən üzv seçilməyi məqsədəuyğun hesab etmir".
Qeyd edək ki, Yozef Blatter 1999-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. O, istənilən halda beynəlxalq qurumu tərk etməyə məcburdur. Çünki isveçrəli funksionerin 80 yaşı tamam olur.