Oyunda yatdı, heyətdən çıxarıldı

Oyunda yatdı, heyətdən çıxarıldı


Milli Hokkey Liqasında (MHL) oyun zamanı qeyri-adi hadisə baş verib. Belə ki, liqanın «Filodelfiya» klubunda çıxış edən tanınmış rusiyalı qapıçı İlya Brızqalov oyun zamanı yatıb. Bu, qapıçının heyətdən qovulması ilə nəticələnib. 

Rusiyalı qapıçı komandasının «Vinniper» klubu ilə görüşündə start heyətində meydana çıxıb. Lakin mürgülədiyinə görə Stif Meysonla əvəzlənərək ehtiyat oyunçular skamyasına göndərilib. Lakin o, ehtiyat oyunçular skamyasında da mürgüləməyə davam edib. Maraqlıdır ki, bu, İlyanın mürgü döyüməsi ilə bağlı birinci hadisə deyil.  Rusiyalı qapıçı komandanın ümumi toplantısında da yatıb. Məşqçi onun ehtiyat qapıçı Meysonla əvəz ediləcəyini desə də, Brızqalov buna yuxulu-yuxulu reaksiya verib. Komanda yoldaşları hesab edirlər ki, Brızqalov qəsdən özünü yuxuluğa vurur. Bununla belə, onlar qapıçının hansı səbəbdən bunu etdiyini deməyiblər.