Olimpiadaya qədər 1,5 milyon ton təbii qar toplanmalıdır

Olimpiadaya qədər 1,5 milyon ton təbii qar toplanmalıdır


Soçi-2014 Olimpiya Oyunlarının qarşılaşa biləcəyi ən böyük problem təbii qarla bağlıdır. Belə ki, oyunlar üçün 1,5 milyon ton ehtiyat təbbi qar toplanmalıfdır. Mütəxəssislər hesab edirlər ki, havalar istiləşdikdən sonra qarın toplanması çox çətin olacaq. Düzdür, təbii qarın «konservləşdirilməsi» işinə çoxdan başlanılıb. Məsələn, 15 dəst medal uğrunda yarışların keçiriləcəyi «Roza Xutor» dağ xizəyi kurortunda artıq 3 ildir ki, qar toplanır. Kurortun Soçi filialının direktoru Aleksandr Belokovilski bu məsələ ilə bağlı deyib: «Topladığımız qarın üstünü taxta qırıntıları ilə örtdük. Ancaq topladığımız qarın növbəti mövsümdə rəngini dəyişərək yararsız hala düşdüyünü gördük. Uzunmüddətli axtarışlardan və xarici mütəxəssislərlə məsləhətləşdikdən sonra ideal variant axtarıb tapdıq. İndi topladığımız qarı keyfiyyətlə və yüksək səviyyədə saxlamaq imkanı əldə etmişik».
Qeyd edək ki, «Roza Xutor»da toplanan qar 120 min kv.metr sahəni əhatə edir.