Soçi-2014 Olimpiadasının 30-a yaxın obyekti mühafizə altına alınıb

Soçi-2014 Olimpiadasının 30-a yaxın obyekti mühafizə altına alınıb


Rusiyanın hüquq-mühafizə orqanlarının iştirakı ilə 2014-cü ildə təşkil ediləcək XXII Qış Olimpiya Oyunlarının obyektlərində təhlükəsizlik tədbirləri məqsədilə monitorinq keçirilib.
«Hər ay Olimpiya obyektlərində radiasiya, kimyəvi və bioloji təhlükəsizliyin təmin edilməsi və terror əleyhinə tədbirlərin görülməsi üçün monitorinq keçirilir. 29 obyekt tamamilə ciddi rejim nəzarəti altındadır». Bu məlumatı Rusiya Daxili İşlər Nazirliyi verib.


Nazirliyin məlumatında bildirilir ki, asayiş işçiləri Soçi-Krasnaya Polyana dəmir yolu xəttinin də təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, nazirliyin həyata keçirdiyi təhlükəsizlik tədbirləri həm də 2013-cü ilin may ayında Rusiyada təşkil ediləcək «Gecə liqası» adlı II Ümumrusiya festivalının, Kazan-2013 Universiadasının və iyul-avqust aylarında atletika üzrə Moskvada keçiriləcək dünya çempionatının təhlükəsizliyi üçün nəzərdə tutulub.