Rusiya atletləri Rio-2016 Olimpiadasına buraxılmaya bilər

Rusiya atletləri Rio-2016 Olimpiadasına buraxılmaya bilər



Rusiya atletləri dopinq qalmaqalı ilə əlaqədar Rio-2016 Yay Olimpiya Oyunlarından kənarda qalmaq təhlükəsi ilə üzləşiblər. Belə ki, Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsi ilə bağlı mətbuat konfransı keçirilib. Müstəqil komissiya bu ölkənin idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib. Əgər bu tələb qəbul edilsə, Rusiyanı təmsil edən atletlər Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) bayrağı altındakı bütün yarışlardan, həmçinin 2016-cı ildə Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından kənarda qalacaq. WADA, həm də Moskvada yerləşən laboratoriyaların işlərinin dayandırılmasını, rəhbərliklərin qovulmasını, həmçinin Rusiya Antidopinq Agentliyinin beynəlxalq kodekslərə uyğun gəlmədiyinin elan olunmasını tələb edib.