Ağacan Abiyev Ukrayna MOK-nun yubiley tədbirində iştirak edəcək

Ağacan Abiyev Ukrayna MOK-nun yubiley tədbirində iştirak edəcək



Dekabrın 14-16-da Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
"Olimpnews”.az AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev də iştirak edəcək.
Tədbir çərçivəsində yubiley iclası ilə yanaşı, "Do like Olympians” layihəsi çərçivəsində məktəblilərlə görüş də nəzərdə tutulub. Bundan əlavə, qonaqlar ölkənin Olimpiya çempionları və medalçıları ilə görüşəcəklər.