Patrik Hikki: "Bakıda keçirilən I Avropa Oyunları AOK üçün mühüm mərhələdir"

Patrik Hikki: "Bakıda keçirilən I Avropa Oyunları AOK üçün mühüm mərhələdir"



2015-ci ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçirilən birinci Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) üçün mühüm hadisə olub.
Bu barədə AOK-un prezidenti Patrik Hikki Komitənin fəaliyyətinin nəticələrinə həsr olunmuş məqaləsində bildirib.
"Sözsüz ki, ötən il Avropa Bakıda birinci Avropa Oyunlarını keçirməklə dünyada keçirilən kontinental oyunlara beşinci halqanı əlavə edə bilib. Bu gözəl 17 gün Avropa Olimpiya Komitələrinin işinə əvvəlki təşəbbüslər və proqramlarla müqayisədə daha böyük maraq oyadıb. Bu möhtəşəm hadisə AOK və Azərbaycan Olimpiya Komitəsi üçün mühüm mərhələdir", - P.Hikki bildirib.