Beynəlxalq Hokkey Federasiyasının prezidenti Rene Fazel Milli Hokkey Liqası (MHL) təmsilçilərinin dalbadal iki olimpiadada iştirakı üçün müvafiq qərar verəcəklərini bəyan edib.
Olimpnews.az saytının məlumatına görə, hazırda idmançıların 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində və 2022-ci ildə Pekində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməməsi ilə bağlı məsələyə baxılır. Amma həlledici qərar hələ ki, qəbul edilməyib.
Rene Fazel bu məsələ ilə bağlı KİV nümayəndələrinə deyib: "MHL-in idmançılarının Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərar qəbul etmək üçün çox mühüm ildir. Ümid edirəm ki, MHL təmsilçilərinin Pxençxan-2018 və Pekin-2022 Olimpiya Oyunlarına cəlb edilməsi məsələsini həll edə biləcəyik. Bütün federasiyalar olimpiadada iştirak etmək istəyirlər, amma xərcləri heç kəs üzərinə götürmək istəmir”.