Məşhur basketbolçu olimpiadaya getməyəcək

Məşhur basketbolçu olimpiadaya getməyəcək



"Leykers” klubunun lideri Kobi Brayant bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini deyib. 37 yaşlı məşhur basketbolçu bir müddət əvvəl bu mövsümdə karyerasına son qoyacağı barədə məlumat verib.
"Şübhəsiz ki, Olimpiya Oyunlarında ölkəmi təmsil etməyi çox istərdim. Amma əgər mən karyerama son qoyacağımı demişəmsə, deməli belə də olacaq. Mən bu gün "gedirəm” deyərək sabah qayıdan idmançılardan deyiləm. İstəyirəm ki, karyeramı "Leykers”də formada başa vurum”, - deyə Kobi Brayant bildirib.