Türkiyə Diaka səs verməkdən imtina edib

Türkiyə Diaka səs verməkdən imtina edib

Almaniyanın Münhen şəhərində Dünya Antidopinq Agentliyinin (WADA) müstəqil komissiyasının hesabat məruzəsinin ikinci hissəsi çap olunub.
Burada Dünya Yüngül Atletika Federasiyasının (İAAF) keçmiş prezidenti Lamin Diakın Türkiyə təşkilat komitəsinin nümayəndələri ilə danışıqları barədə aşıqlamalar verilib. Həmin vaxtlar Türkiyənin İstanbul şəhəri Olimpiada-2020-yə ev sahibliyi uğrunda Yaponiyanın Tokio şəhəri ilə mübarizə aparırdı. Lamin Diak həm də Beynəlxalq Olimpiya Komitəsinin üzvü idi. Nəticədə seneqallı mütəxəssis yaponlara təstək verib. Ehtimal olunur ki, olimpiadaya ev sahibliyi uğrunda mübarizədə qalib gəlmək üçün yaponlar İAAF və ya "Briliyant liqa”ya 4 və ya 5 milyon dollar vəsait ödəyiblər. Buna görə də Türkiyə Diaka səs verməkdən imtina edib.