Küveyt hökuməti ölkənin idman təşkilatlarını məhkəməyə verib

Küveyt hökuməti ölkənin idman təşkilatlarını məhkəməyə verib
Küveyt hökuməti ölkədə fəaliyyət göstərən idman qurumlarını məhkəməyə verməyə qərarlıdır.

Olimpnews.az-ın AFP agentliyinə istinadən yaydığı məlumata görə, ölkənin Nazirlər Kabineti Milli Olimpiya Komitələri Assoasiyasının (MOKA) sədri şeyx Əhməd və onun 14 məmurunu iddia ərizəsi ilə məhkəmnəyə verəcək. İddiaçının sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Futbol Federasiyası İttifaqı (FİFA) və beynəlxalq idman qurumlarının Küveyti keçən ilin payızında diskvalifikasiya etməsinə məhz onlar səbəb olublar.

Diskvalifikasiyaya səbəb kimi isə hökumətin milli federasiyaların işinə müdaxilə etməsi göstərilib. Küveyt hökuməti öz məmurlarından bu ziyana görə əvvəlcə 16,5 min, sonra isə 1,3 milyard dollar təzminat tələb edir. Qeyd edək ki, 1,3 milyard son 5 ildə ölkədə idman infrastrukturunun inkişafına xərclənib.